XƏBƏRLƏR ƏLAQƏ

Azerfloat - şüşə istehsalı zavodu

VƏZİYYƏT: DAVAM EDƏN

Qeyri-neft sektorunun inkişafına töhfə verən “Azerfloat” QSC, Sumqayıt Kimya Sənaye Parkında yerləşən və termoformalaşdırılmış şüşə istehsal edən ilk yerli zavoddur. 2020-ci ildən etibarən fəaliyyət göstərən müəssisə gündəlik 300 ton şəffaf və rəngli vərəqə şüşə istehsal edir. Vərəqə şüşələrin ölçüsü 3210 x 6000 mm, qalınlığı isə 2-12 mm arasında dəyişir. İstehsal olunan məhsulun 70%-i ixrac olunur, 30%-i isə daxili bazarda realizə edilir.

Almaniyanın “HORN Glass”, Finlandiyanın “Lahti Glass” və İtaliyanın “Bottero” şirkətlərinin texnologiyaları ilə təchiz olunmuş zavodda hazırda 246 nəfər çalışır.

Azərbaycan Biznesinin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində zavodun fəaliyyətinin genişləndirilməsi layihəsi kvars qumunun yerli emalı, şüşənin laminasiya və temperləmə proseslərinin həyata keçirilməsini nəzərdə tutur. Layihə nəticəsində 117 yeni iş yeri açılacaq, məhsullar isə Azərbaycanla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Layihənin məqsədi idxaldan asılılığın azaldılması, istehsalın lokallaşdırılması və yerli məhsulun rəqabət qabiliyyətinin artırılmasıdır. Bu təşəbbüs Azərbaycanın sənaye potensialını gücləndirərək, qeyri-neft sektorunun davamlı inkişafına mühüm töhfə verəcək.