XƏBƏRLƏR ƏLAQƏ

İZİA

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sənaye parklarının və sənaye məhəllələrinin idarə olunmasını, həmçinin əlverişli şərait, infrastruktur və investisiyaları təşviq edən idarəedici təşkilatdır.

Agentliyin idarəçiliyində hazırda 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

İdarəedici təşkilat olaraq İZİA investorların fəaliyyətini dəstəkləmək üçün sənaye zonalarında tikintiyə və tikinti obyektinin istismarına icazənin alınması ilə bağlı rezidentlərin adından təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirir. Bundan başqa, sənaye zonalarında müasir və geniş infrastruktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında təklif olunur. Müasir infrastruktur dövlət vəsaiti hesabına yaradılır, sahibkarların vəsaitinin investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Sənaye parklarında fəaliyyət göstərən şirkətlərə dövlət dəstəyinin digər mühüm hissəsi gömrük güzəştləri və vergi imtiyazlarıdır. Sənaye parklarının rezidentləri mənfəət, əmlak, torpaq vergisindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən 10 il, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə gömrük rüsumlarından 10 il müddətinə azaddırlar.