SAHİBKARLAR
XƏBƏRLƏR ƏLAQƏ

Niyə Azərbaycan?

AZƏRBAYCAN RƏQƏMLƏRLƏ

3

Qlobal Rəqabətlilik İndeksi MDB ölkələri arasında 3-cü, 141 ölkə arasında 58-ci

4,851 $

Adambaşına düşən ÜDM

64.4 %

Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi təşkil edir

7.1 mlrd. $

Cəlb edilmiş BXİ

19.3 mlrd. AZN

Qeyri-neft sektoruna 2019-cu ildə qoyulmuş cəmi investisiya təşkil edir

48 mlrd. $

ÜDM təşkil edir

FAYDALI QANUNVERİCİLİK

İnvestisiya təşviqi almış sahibkar 7 il müddətinə:
  • Texnika, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azaddır;
  • Fərdi sahibkar olduğu təqdirdə, İnvestisiya Təşviqi sənədi aldığı tarixdən etibarən əldə edilən gəlirin 50%-i vergidən azaddır;
  • Hüquqi şəxs olduğu təqdirdə, mənfəətin 50%-i vergidən azaddır;
  • Əmlak vergisindən azaddır;
  • Mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisindən azaddır.
İnvestisiya təşviqi sənədinin verilməsi qaydası Xarici investisiyanın qorunması haqqında İnvestisiya fəaliyyəti haqqında

DÖVLƏT İNVESTİSİYALARI SAHƏSİNDƏ SİYASƏTİN ƏSAS İSTİQAMƏTLƏRİ

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün:
  • şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsinə;
  • mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət mühitinin yaradılmasına;
  • stabil hüquqi-normativ rejimin təmin edilməsi məqsədilə dövlətin rolunun artırılmasına;
  • investisiya fəaliyyətinin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsinə;
  • investisiya obyektlərinin seçimi və təhlili məqsədilə müəssisələr haqqında investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılmasına;
  • əmanətlərin investisiyalara səmərəli transformasiyasını təmin edən müasir institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılmasına;
  • biznesin informasiya təminatının yaxşılaşdırılmasına, mühasibat uçotunun və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər davam etdiriləcəkdir.

 

ÖLKƏDƏ DÖVLƏT İNVESTİSİYA SİYASƏTİNIN ƏSAS İSTİQAMƏTLƏRİNİ AŞAĞIDAKİ PRİORİTETLƏR TƏŞKİL EDİR:

  • investisiya layihələrinin orta və uzun müddətli dövlət proqramları və Strateji Yol Xəritələri ilə müəyyən olunmuş sosial-iqtisadi inkişaf məqsədlərinə və prioritetlərinə uyğunlaşdırılması;
  • investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi;
  • regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi;
  • ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi;
  • ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması;
  • dövlət investisiyalarının proiritetləşdirilməsi zamanı nanotexnologiyalara əsaslanan və atmosferə buraxılan tullantıların tərkibində karbonlu birləşmələrin miqdarının azaldılmasını nəzərdə tutan istehsal sahələrinə üstünlük verilməsi;
  • dövlət investisiyalarının elm tutumlu layihələrə yönəldilməsi;
  • dövlətin müdafiə qabiliyyətinin artırılması.

Sənaye Parklarının rezidentləri üçün on il müddətinə vergilərdən azad olma: (2027-ci ilədək ümumi vergi azadlığı səbəbindən kənd təsərrüfatı istisna olmaqla)

  • İdxal olunan maşın, texnoloji avadanlıq və qurğulara 0% ƏDV
  • 0% korporativ vergisi
  • 0% əmlak
  • 0% torpaq vergisi

 

həmçinin 7 il müddətinə:

  • İdxal olunan maşınlar, texnoloji avadanlıqlar və qurğular üçün 0% gömrük vergisi

%

korporativ vergi

%

əmlak vergisi

%

torpaq vergisi

%

idxal olunan ƏDV