XƏBƏRLƏR ƏLAQƏ

AzerBazalt - bazalt süxurunun hasilatı və emalı müəssisəsi

VƏZİYYƏT: DAVAM EDƏN

Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən Göygöl rayonundakı “Çaykənd” bazalt yatağında hasilatın və Gəncə şəhərində bazalt süxurunun emalının təşkili  üzrə “AzerBazalt” müəssisəsinin qurulmasına investisiya yatırılmışdır.

Layihənin ilkin mərhələsində bazalt tozunun və onun əsasında mineral gübrələrin istehsalı planlaşdırılır. Növbəti mərhələdə isə tikinti, nəqliyyat, energetika və kosmik sənaye üçün yüksək texnoloji kompozit materialların, o cümlədən bazalt liflərinin, armaturların və torların istehsalı nəzərdə tutulur.

Bazaltın ekoloji üstünlükləri və kənd təsərrüfatı, sənaye və tikinti sahələrində geniş tətbiqi bu məhsullara tələbatı artırır. Yerli istehsalın təşkili daxili tələbatı qarşılamaqla yanaşı, ixrac potensialı da yaradır.

Layihə, qeyri-neft sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır və uzunmüddətli iqtisadi səmərəlilik və ekoloji dayanıqlılıq vəd edir.