XƏBƏRLƏR ƏLAQƏ

BAFCO - işçi ayaqqabılarının istehsalı

VƏZİYYƏT: DAVAM EDƏN

Azərbaycan Biznesinin İnkişafı Fondu Ağdam Sənaye Parkının rezident statusunu almış Bafco İnvest MMC şirkətinin işçi ayaqqabıları istehsalı zavoduna investisiya yatırmışdır.

Zavod son nəsil alman avadanlıqları ilə təchiz olunmuşdur və burada müxtəlif təyinatlı işçi ayaqqabılarının istehsal prosesi müasir standartlara uyğun şəkildə təşkil olunmuşdur.

Bafco İnvest MMC, müxtəlif sənaye sahələrində işçilərin maksimum təhlükəsizliyini və rahatlığını təmin edən məhsullar təqdim edir. Bu ayaqqabılar, ağır iş şəraitində çalışan işçilər üçün ideal seçimdir.

Zavodun istehsal etdiyi məhsul çeşidi aşağıdakılardır:

  • Yarımboğaz botlar
  • Uzunboğaz botlar
  • Uzunboğaz poliuretan çəkmələr

Məhsulların hər biri iş mühitinin tələblərinə uyğun dizayn edilmişdir və istifadəçilərin rahatlığını ön planda tutaraq yüksək keyfiyyət standartlarına cavab verir. Layihənin məqsədi işçi təhlükəsizliyinin artırılması və iş mühitinin daha da yaxşılaşdırılmasıdır