SAHİBKARLAR
XƏBƏRLƏR ƏLAQƏ

Layihə kriteriyaları

İNVESTİSİYA QOYULUŞUNA DAİR MÜSBƏT QƏRAR AŞAĞIDAKI KRİTERİYALARDAN ASLIDIR:

- Layihənin məqsədi AİŞ-in məqsədi ilə vəhdət təşkil etməlidir. İnvestisiya Strategiyasında qeyd edilmiş kəmiyyət və keyfiyyət kriteriyalarına uyğun olmalıdır. 

İnvestisiya Strategiyasında qeyd edilmiş yüksək əlavə dəyərli sahələrə investisiyalara üstünlük verilir.

- Texnoloji və biznes prosessin detallı şəkildə təsvirinin təqdim edilməsi layihə analizinin sürətlənməsinə gətirib çıxaracaqdır. Yeni konsepsiyalar və təcrübələr olduğu halda, layihənin texniki və iqtisadi əsaslandırma prosesində üçüncü tərəfin əlavə təsdiqinə ehtiyac duyula bilər.

- Layihənin detallı bazar araşdırmasına məhsulun yüksək bazar tələbatına cavab verdiyini təsdiq edən məhsul/bazar uyğunluğu (product/market fit) konsepsiyası daxil edilməlidir. Bu bölmədə həmçinin kommersiya planı, satış hədəfləri və sözügedən hədəflərin əldə edilməsinə dair dəqiq addımlar qeyd edilməlidir.

- Layihələrin analizinə detallı maliyyə modeli və maliyyə planı daxil edilməlidir. Modelin əsas məqsədi detallı investisiya planı və xərclər bölgüsünün təqdim edilməsidir. Maliyyə modelinin təsdiq edilməsinə köməyin göstərilməsi layihənin analiz müddətini azaldacaqdır.