Haqqımızda
Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur.
Şirkət İqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.
Azərbaycan iqtisadiyyatına 15 illik investisiya:
- 220 mln. investisiya yatırılmışdır
- 13 layihə həyata keçirilmişdir
- ÜDM-də qeyri-neft sektorunun payının 0.4%-i portfel şirkətlərə məxsusdur. (2019-ci il üzrə)