VƏZİYYƏT: DAVAM EDƏN
Qeyri-neft sektorunun müxtəlif sahələrinə investisiya yatırmaqla Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən “Azərbaycan Biiznesinin İnkişafı Fondu” ölkədə yerli şüşə istehsalı müəssisəsinin fəaliyyətinin genişləndirilməsinə dəstək olub.
“Azerfloat” ASC 2017-ci ildə Sumqayıtda fəaliyyətə başlamış və regionun ən böyük rəngsiz şüşə istehsalı zavodudur. Vərəqə şüşələrin ölçüsü 3210 x 6000 mm, qalınlığı isə 2-12 mm arasında dəyişir. Müəssisənin günlük istehsal gücü 300 tondur. Zavodun layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchizatı Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib. Zavodun xammal qarışdırma avadanlıqları Finlandiyanın «Lahti Glass» və soyuq hissə avadanlıqları İtaliyanın «Bottero» şirkətləri tərədindən təchiz olunmuşdur. Zavodun hazırda 246 daimi işçisi mövcuddur.
Zavodun fəaliyyətinin genişləndirilməsi layihəsi çərçivəsində, “Azerfloat” QSC-nin Sumqayıt Kimya Sənaye Parkında yerləşən 12 hektarlıq termoformalaşdırılmış şüşə zavodunun istehsal gücünün artırılması və şüşə emalı sahəsində yüksək əlavə dəyər yaradan məhsulların istehsalı nəzərdə tutulub. Layihənin əsas istiqamətləri:
- Şüşə istehsalının əsas xammalı olan kvars qumunun yerli mənbədən təmin edilməsi; \
- Şüşə emalı (laminasiya və temperləmə): Şüşənin müxtəlif növ emal proseslərinin əhatə edilməsi.
Bu təşəbbüs sayəsində, Azerfloat-ın yerli tikinti şüşəsi bazarını yenidən formalaşdırmasına, idxalı əvəz etməsinə və yüksək dəyərli şüşə məhsulları sahəsində yerli bazarda lider mövqeyini möhkəmləndirməsinə imkan yaradacaq. Layihə Azərbaycanda şüşə məhsullarına olan daxili tələbatı ödəməklə yanaşı, idxaldan asılılığı azaltmaq və beynəlxalq bazarlara çıxışı genişləndirmək məqsədi daşıyır.
Layihənin ümumi dəyəri: 33 milyon AZN
İş yerlərinin sayı: 120
İnvestisiyanın yatırıldığı il: 2025