XƏBƏRLƏR ƏLAQƏ

"Şəfəq" Günəş Elektrik Stansiyası

VƏZİYYƏT: DAVAM EDƏN

ABDF, SOCAR və bp arasında imzalanan Səhmdar Sazişi ilə Cəbrayıl rayonunda yaradılmış 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsidir. Layihə üzrə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur. Bu layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya layihəsidir.

“Şəfəq” GES-in illik istehsalı təxminən 500 milyon kilovat/saat olacaq və bu, karbon emissiyasını azaldaraq, enerji qənaətinə kömək edəcək.

“Şəfəq” GES, Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürməklə, eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarını bərpa olunan enerjidən təmin edəcək. Layihə, Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaq məqsədini güdür. Bu stansiya, həmçinin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verəcək.