XƏBƏRLƏR ƏLAQƏ

ECOSTAR Green - piroliz yağının istehsalı

VƏZİYYƏT: DAVAM EDƏN

AİŞ, SOCAR Downstream və İtaliyanın Technip Energies şirkətləri tərəfindən yaradılan “Ecostar” MMC, plastik tullantılardan piroliz yağı istehsal etmək məqsədilə “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinin ön mühəndislik layihələndirilməsini (FEED) həyata keçirəcək.

Bu innovativ texnologiyanın tətbiqi ilə layihə, dünyada ən aktual qlobal problemlərdən biri olan plastik tullantılar problemini effektiv şəkildə həll etməyi hədəfləyir. Həmçinin, layihə, yanacaqdan asılılığı azaltmaq məqsədilə alternativ enerji mənbələrinin istifadəsini təşviq edir, ekologiya və davamlı inkişaf prinsiplərinə əsaslanan yeni bir yanaşma təklif edir.

Beləliklə, “Ecostar” MMC, həm ətraf mühitin qorunmasına, həm də enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.

 

Layihənin ümumi dəyəri: 97,25 milyon Avro

İş yerlərinin sayı: 32

İnvestisiyanın yatırıldığı il: 2025