XƏBƏRLƏR ƏLAQƏ

C2A Security

VƏZİYYƏT: DAVAM EDƏN

İsrailin OurCrowd Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC, İsrailin “C2A Security” start-ap layihəsinə investisiya yatırıb.

Bu layihə, elektrik avtomobillərində daxili sistemlərin kiberhücumlardan qorunması məqsədilə etibarlı təhlükəsizlik həlləri təqdim edən kibertəhlükəsizlik platformasının inkişafına yönəlmişdir.

C2A Security, elektrik avtomobillərinin təhlükəsizliyini artırmaq üçün innovativ və müasir yanaşmalar təqdim edərək, bu sahədəki kiber riskləri minimuma endirməyi hədəfləyir. Bu investisiya, Azərbaycanın avtomobil sənayesinin modernizasiyası və kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

 

Layihənin ümumi dəyəri: 32.8 milyon ABŞ dolları

ABİF-in payı: 670 min ABŞ dolları

İş yerlərinin sayı: 50

İnvestisiyanın yatırıldığı il: 2023