VƏZİYYƏT: DAVAM EDƏN
Pirallahı Sənaye Parkında Türkiyənin GEN İlaç ve Sağlık Ürünleri A.Ş. ilə əməkdaşlıq çərçivəsində Qafqaz regionunda tam istehsal prosesi olan ilk yerli dərman istehsalı zavodu inşa edilir. Zavodda 90 fərqli ad altında dərman vasitələrinin istehsalı planlaşdırılır. Bu layihə çərçivəsində istehsal ediləcək dərmanlar müxtəlif dozalar və qablaşdırma növləri ilə 100-ə yaxın məhsul çeşidini əhatə edəcək.
Layihənin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsalını artıraraq, idxalın azaldılmasına dəstək verməkdir. Bu yanaşma, müştərilərə daha sərfəli şərtlərlə yüksək keyfiyyətli dərman vasitələrinin əldə edilməsi imkanını yaradacaq. Eyni zamanda, yerli istehsalın inkişafı, iqtisadiyyatın diversifikasiyasına və yeni iş yerlərinin açılmasına da müsbət təsir göstərəcək.
Bu təşəbbüs, ölkənin əczaçılıq sahəsində müstəqilliyini artırmaqla yanaşı, sağlamlıq sisteminin gücləndirilməsi məqsədinə də xidmət edir.