XƏBƏRLƏR ƏLAQƏ

Shahbulag Mining - mişardaşı istehsalı

VƏZİYYƏT: DAVAM EDƏN

SSRİ dövründə fəaliyyət göstərən Azərbaycanın Şahbulaq daş karxanası regionun aparıcı müəssisələrindən biri olmuşdur. 1991-ci ildə 7 sahə üzrə 16 milyon ədəd mişar daşının kəsilməsi nəzərdə tutulmuşdur. Lakin birinci Qarabağ müharibəsi zamanı həmin ərazi düşmən nəzarəti altına keçmişdir.

ABİF bu layihəyə 2022-ci ildə investisiya yatırmışdır. Layihə Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalının təşkil olunmasından ibarətdir. Layihənin məqsədi Qarabağ regionunda tikinti-quruculuq işlərinin aparılması nəticəsində mişar daşına olan tələbatı ödəməkdir.

Layihənin aşağıda sadalanan üstünlükləri var:

  • İşğaldan azad olunmuş ərazilərdə mişar daşına olan tələbatı iqtisadi cəhətdən daha effektiv və sərfəli şəkildə ödəməsi
  • Logistika xərclərinin az olması və beləliklə məhsulun qiymətinin daha rəqabətqabiliyyətli olması
  • Bölgədə yeni iş yerlərinin yaranması və beləliklə məşğulluğun artırılmas
  • Digər tikinti sənaye sahələrinin qurulması üçün xammal təminatı rolunda çıxış etməsi