XƏBƏRLƏR ƏLAQƏ

DIAMED Development Group - infuzion məhlulların istehsalı zavodu

VƏZİYYƏT: DAVAM EDƏN

ABDF 2022-ci ildə “Diamed Development Group” MMC ilə birgə “Venadaxili infuziya məhlullarının istehsalı zavodu” layihəsinə investisiya yatırmışdır. İnfuzion məhlullar insan orqanizmində su-elektrolit balansının qorunması və optimal metabolizmin təmin olunması məqsədilə istifadə olunur. Layihə çərçivəsində əsasən aşağıdakı məhsulların istehsalı nəzərdə tutulur:

  • Natrium xlorid (0,9%)
  • Ringer laktat
  • Qlükoza (5%)

Bu layihə, tibb sahəsində infuziya müalicələrinin effektivliyini artırmaq və xəstələrin sağlamlığını yaxşılaşdırmaq üçün mühüm addım kimi qiymətləndirilir. Layihə müasir istehsal texnologiyalarından istifadə edərək, keyfiyyətli və etibarlı infuziya məhlulları təqdim etməyi hədəfləyir.