XƏBƏRLƏR ƏLAQƏ

“BALACANS AGRO FOOD” MMC

VƏZİYYƏT: DAVAM EDƏN

“Balacans Agro Food” MMC, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində 2021-ci ildə birgə müəssisə olaraq təsis edilmişdir. Layihə çərçivəsində ABİF-in dəstəyi ilə son dövrlərin tələbatlarına cavab verən effektiv istehsalat proseslərinin qurulması və təcrübəli mütəxəssislərin işi nəticəsində yerli bazarda məhsulların irəlilədilməsinə imkan yaradan yenilikçi həllər həyata keçirilmişdir.

“Balacans Agro Food” MMC texnologiyaların təkmilləşdirilməsi və məhsulun keyfiyyətinin artırılması məqsədlərinə nail olmaq və yeni inkişaf mərhələsinə keçid etmək üçün 2021-ci ildə Fond ilə birlikdə yeni böyük layhələrin icrasına başlamışdır:

  • Soyulmuş pomidor xətti
  • Kompot
  • Mürəbbə və cem
  • Müxtəlif konservləşdirilmiş salatlar
  • Qurutma xətti (meyvə və tərəvəzlər)

Sublimasiya üsulu qurutma avadanlığı

Eyni zamanda, yerli bazarda keyfiyyətli və müxtəlif məhsul çeşidlərinin təqdim edilməsi, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına mühüm töhfə verir. Beləliklə, “Balacans Agro Food” MMC-nin fəaliyyəti, həm istehsalın müasirləşməsini, həm də qida təhlükəsizliyinin artırılmasını hədəfləyir.