VƏZİYYƏT: aic_
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF), bp, SOCAR Green və MVM şirkətlərinin investisiya yatırdığı “Şəfəq” Günəş Elektrik Stansiyasında günəş panellərinin quraşdırılmasına start verilib.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda inşa edilən və 240 MVt gücündə nəzərdə tutulan stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
“Şəfəq” Günəş Elektrik Stansiyası vasitəsilə Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürülməsi, eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarının bərpa olunan enerji hesabına təmin edilməsi nəzərdə tutulub. Layihənin əsas hədəfi Azərbaycanın yaşıl enerji sektorunun inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması və ekoloji davamlılığın artırılmasıdır.
Hazırda layihə üzrə 350 nəfər işlə təmin olunub ki, onlardan 123 nəfəri işğaldan azad edilmiş ərazilərin sakinləridir.
ABDF olaraq Azərbaycanın dayanıqlı inkişafına və yaşıl gələcəyinə töhfə verən strateji layihələrin bir hissəsi olmaqdan qürur duyuruq.