SAHİBKARLAR
XƏBƏRLƏR ƏLAQƏ

Rəhbərlik

Ülvi Mansurov

İCRAÇI DİREKTOR

Ülvi Eldar oğlu Mansurov 13 dekabr 1983-cü il Bakı şəhərində anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil alıb. 2013-ci ildə Ü.Mansurov iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini alıb.2012–2015-ci illərdə Uorvik Universitetində təhsil alıb, Warwick Business School proqramının məzunudur.

Ü. Mansurov əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit departamenti, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə "Bank Technique" İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb. O, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Ü.Mansurov 31 mart 2017-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə "Azərpoçt"un baş direktoru təyin olunub. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktor vəzifəsinə təyin edilməmişdən əvvəl, Ü. Mansurov Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə yeni yaranmış İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentində baş direktor qismində işləmişdir.

Murad Abdullayev

İCRAÇI DİREKTORUN MÜAVİNİ

Murad Nizami oğlu Abdullayev 14 may 1987-ci il tarixində Bakı şəhəridə anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 2008-2010-cu illərdə isə eyni fakültədə magistr dərəcələri üzrə təhsil alıb. Əlavə olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr dərəcəsi üzrə təhsil almışdır.

M. Abdullayev əmək fəaliyyətinə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarlar əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsində başlamış və bir sıra beynəlxalq maliyyə institutlarının Azərbaycanda maliyyələşdirdiyi infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir.

M. Abdullayev əmək fəaliyyətini 2012-2016-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti ASC-də Monitorinq və Sənaye Məhəlləri şöbələrində mütəxəssis və şöbə müdiri vəzifələrində davam etdirmişdir. 2016-2018-ci illərdə, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsində müdir, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti vəzifələrində çalışmışdır.

M.Abdullayev 2018-ci il 5 yanvar tarixindən etibarən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə şirkətin icraçı direktorunun müavini vəzifəsində çalışır.

Ziya Kəngərli

İCRAÇI DİREKTORUN MÜAVİNİ

Ziya Aqşin oğlu Kəngərli  12 dekabr 1980-ci il Bakı şəhərində anadan olub.

2020-ci ilin oktyabr ayından etibarən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktorun müavini vəzifəsində çalışır. Sözügedən vəzifəyə təyin edilməmişdən öncə Z.Kəngərli Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin İdarə heyətinin sədrinin müşaviri qismində işləmişdir.

Bundan öncə Z.Kəngərli Azərbaycan Respulikası Dövlət Neft Fondunda 14 ildən artıq dövr ərzində aktivlərin idarə edilməsi sahəsində müxtəlif vəzifələrdə çalışmış, risklərin idarə edilməsi, investisiya siyasətinin hazırlanması və aktivlərin strateji bölüşdürülməsi üzrə cavabdeh bölmələrə rəhbərlik etmişdir.

Z.Kəngərli Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnmişdir. Eyni zamanda, Kolumbiya Universiteti və London Biznes Məktəbində (LBS) MBA dərəcəsi əldə etmişdir.

Z.Kəngərli Siyasi Elmlər namizədi və CFA sahibidir.