XƏBƏRLƏR ƏLAQƏ

“Shahbulaq Mining” MMC şirkəti təsis edilmişdir

İşğaldan azad edilmiş ərazilərdə yerləşən Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) tərəfindən keçirilmiş müsabiqədə qalib seçilmiş “StarMining” MMC ilə Əməkdaşlıq Müqaviləsi imzalanmışdır.  

Layihənin növbəti mərhələsi olaraq AİŞ və StarMining MMC arasında müvafiq qaydada 30 və 70 faiz iştirak payı ilə “Shahbulaq Mining” MMC şirkəti təsis edilmişdir.

Hal-hazırda, Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri, həmçinin paralel olaraq istehsal prosesinə başlanılması üçün zəruri işlər aparılır.

Qeyd etmək lazımdır ki, layihənin icrası işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və tikinti işlərinin sürətli inkişafına töhfə verəcək,  mişar daşına olan tələbatını iqtisadi cəhətdən daha effektiv və sərfəli şəkildə ödəyəcək və bölgədə yeni iş yerlərinin yaranmasını təmin edəcəkdir.