XƏBƏRLƏR ƏLAQƏ

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Caspian HDG" MMC və İspaniyanın “Elecnor” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Caspian Hydrogen Development Group" MMC və alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşnmış İspaniyanın “Elecnor” şirkəti arasında “Qaradağ Külək Elektrik Stansiyası” layihəsinin həyata keçirməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Layihə çərçivəsində Bakının Qaradağ rayonunda ümumi quraşdırılmış gücü 38-72 mVt  təşkil edən külək enerji stansiyasının tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 1958-ci ildə İspaniyada yaradılmış və 20 min  işçisi olan “Elecnor” Avropa, Cənubi Amerika, Afrika və Yaxın Şərqdə 90-dan çox külək enerjisi layihələri həyata keçirmiş, alternativ və bərpa olunan enerji, telekommunikasiya, kosmos, ətraf mühit, neft və qaz, tikinti, dəmir yolu sahələrində ixtisaslanmış irimiqyaslı şirkətdir. “Elecnor”un İspaniyada 80, digər ölkələrdə isə 54 şirkəti vardır.