Videokonfrans formatında keçirilmiş görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes mühitin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə tətbiq olunan güzəştlər barədə məlumat verib.
Qətər İnvestisiya Təşkilatının (QIA) baş direktoru təmsil etdiyi təşkilatın Azərbaycanda həyata keçirilən investisiya layihələrinə, xüsusilə bərpa olunan və “yaşıl enerji" sahələrinə, həmçinin infrastruktur inkişafına və AİŞ ilə birgə sərmayə qoyulması imkanlarına maraq göstərdiyini vurğulayıb.
Şirkətlər investisiya layihələrini birlikdə nəzərdən keçirmək barədə razılığa gəldilər.
Qeyd: Qətər Dövləti tərəfindən 2005-ci ildə qurulmuş Qətər İnvestisiya Təşkilatı 290 milyard ABŞ dollarından çox vəsaiti idarə edən suveren fondudur.