XƏBƏRLƏR ƏLAQƏ

Diamed Group şpris təchizatı üzrə tenderlərdə qalib gəldi

Diamed Group-a məxsus şpris istehsalı üzrə ixtisaslaşmış Diamed.Co zavodu Azərbaycan üzrə birdəfəlik şprislərin təchizatı üzrə iki iri dövlət tenderində qalib gələrək müqavilə imzalayıb. Bu iri sifarişlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi tərəfindən verilib. 

Bu irəliləyiş təkcə Diamed Group və AİŞ (ABİF) üçün deyil, həm də ümumilikdə ölkənin səhiyyə sektorunda yerli istehsala olan güclü inamın göstəricisidir.

Bundan əlavə, Diamed.Co istehsal sahəsini daha da genişləndirməyə hazırlaşır. Belə ki, Çin və Koreyadan yeni, yüksək texnologiyalı avadanlıqlar gətirilib. Bu avadanlıqlar qan götürmə sınaq tüblərinin, steril qabların və tibbi qapaqların istehsalı üçün istifadə olunacaq. Tibbi qapaqlar xüsusilə venadaxili infuziya məhlullarının istehsalı zavodunda istifadə üçün nəzərdə tutulur.

Diamed Group yeni mərhələyə keçir, və bu, Azərbaycanın səhiyyə sistemi üçün əsl irəliləyiş deməkdir.